"Milan" Portuqaliyadan futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, İtaliya klubu "Benfika"nın yarımmüdafiəçisi Florentinu Luişə elçi düşüb.
Məlumatı insayder Canluka di Martsio yayıb. Onun sözlərinə görə, "rossonerlər" Luişi "Nyukasl"a keçən Sandro Tonaliyə əvəzedici olaraq görürlər.
23 yaşlı yarımmüdafiəçinin klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. Lakin "Milan" keçidi bu yay rəsmiləşdirmək niyyətindədir.
Qeyd edək ki, Portuqaliyanın U-21 millisinin sabiq üzvü 2010-cü ildən "Benfika"da çıxış edir. O, 2010-2018-ci illərdə klubun aşağı yaş qruplarından ibarət komandasında çıxış edib. 2019-cu ildə isə əsas komandaya cəlb edilən Luiş 2020-2021-ci illər mövsümünü icarə əsasında "Monako"da (9 oyun), 2021-2022-ci illər mövsümünü isə "Xetafe"də (8 oyun) keçirib. "Benfika"nın heyətində 69 matçda meydana çıxıb və 1 qola imza atıb.
Röya