Braziliya millisinin və PSJ-nin ulduz futbolçusu Neymar mətbuata açıqlama verib.
Fanat.Az-ın xəbərinə görə, 31 yaşlı hücumçu haqqında deyilən futbola yetərincə zaman ayırmır ittihamlarına aydınlıq gətirib:
"Mən heç vaxt ittihamlardan qaçmıram. Əksinə, sinəmə döyüb deyirəm ki, məni qınaya bilərsiniz. Mən istedadımın hansı səviyyədə olduğunu bilirəm. Nəyə qadir olduğumu da bilirəm. Amma futbol fərdi idman deyil.
Fərdi olsaydı, indiyə qədər bütün məqsədlərimə çatmışdım. Təbii ki, adıma görə təzyiqlər daha yüksəkdir. Həm meydanda, həm də ondan kənarda diqqətlər üzərimdədir. Amma mövzu şəxsi həyatım olduğu üçün tənqidlərlə razılaşa bilmirəm. İstədiyimi edə bilərəm. Ancaq meydanda etdiklərimlə bağlı tənqid sərbəstdir”.
"Band Sports"a danışan Neymar yenidən vətənində oynamaq istədiyini də dilə gətirib: "Futbolçu həyatı çox dinamikdir. Bəzən bir yerdən oynayırsan, bəzən isə yerin dəyişir. Əlbəttə ki, bir gün Braziliyaya qayıdıb "Santos"da oynamağı arzu edirəm. Ümid edirəm ki, bu, bir gün alınacaq. Futbol sürprizlərlə doludur".
Qeyd edək ki, bi müddət öncə Neymarın hamilə sevgilisi Bruna Byankardiyə xəyanət etdiyi ilə bağlı iddialar yayılmışdı. Hətta futbolçu sosial şəbəkə hesabı üzərindən Brunadan üzr istəmişdi.
Xatırladaq ki, xarakteri ilə bağlı klubu PSJ-də də problemlər yaşayan "sambaçı"nın bu yay göndəriləcəyi bildirilir.
Röya