PSJ-nin forvardı Kilian Mbappenin bu yay "Real Madrid"ə keçəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "El Debate" qəzetinin jurnalisti Tomas-Qonsales Martin yayıb.
Mənbə futbolçunun agenti olan anasının - Fayza Lamarinin hazırda bu yöndə gizli danışıq apardığını vurğulayıb. Xəbərə görə, Paris klubu "Real"dan 250+50 milyon avro istəyirsə, İspaniya nəhəngi Mbappe üçün 200+20 milyon avrodan çox ödəməyi planlaşdırmır. Məbləğ məsələsindəki fikir ayrılığına rəğmən, tərəflərin razılaşacağı iddia olunub.
Nihat