Daha bir İngiltərə nəhəngi "Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedoya elçi düşüb.
Fanat.Az xəbər verir ki, söhbət "Çelsi"dən gedir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, hazırda London klubu 21 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır. "Zadəganlar" Ekvador millisinin üzvü üçün 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kaysedo "Arsenal"ın da hədəfindədir. "Topçular" da futbolçu üçün 70 milyon avrodan keçməyə razı idi.
Xatırladaq ki, Moyses 2021-ci ildən "Brayton"un şərəfini qoruyur. O, klubun heyətində 46 oyunda meydana çıxıb və 2 qola imza atıb.
Röya