"Milan"ın futbolçusu Rafael Leau ilk rep albomunu dinləyicilərin ixtiyarına verməyə hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "O Jogo" yayıb.
Mənbə albomun adının "Hər bənddə mənim həyatım" olacağını bildirib.
Qeyd edək ki, Leaunun artıq rep dünyasında təxəllüsü də var - Way 45. Portuqaliya millisinin vingeri musiqi ilə pandemiya dönəmində məşğul olmağa başlayıb.
Nihat