“Roma” futbolçusu Andrea Belotti ilə bağlı qərar verib.
Fanat.Az-ın məlumatına görə, 29 yaşlı hücumçu ilə müqavilə yenilənib.
Bu barədə İtaliya klubunun mətbuat xidməti xəbər yayıb.
Tərəflər 2 illik yeni müqaviləyə imza atıblar. Əvvəlki sözləşmənin müddəti bu ayın sonunda bitirdi.
Qeyd edək ki, Belotti “Roma”ya ötən yay “Torino”dan transfer olunub. Geridə qalan mövsümdə 46 oyuna çıxmış futbolçu 4 qol vurub. 29 yaşlı forvard İtaliya millisində də 44 oyun keçirib, 12 qol vurub.