Azərbaycanın FIFA referisi Əliyar Ağayevə UEFA-dan yeni təyinat gəlib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hakim yenə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında oyun idarə edəcək.
Daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) görüşündə söz sahibi olan Ağayev bu dəfə C qrupunun III turundakı İngiltərə - Almaniya matçına təyinat alıb.
FİFA referisinin briqadasında Zeynal Zeynalov və Akif Əmirəli yer alıb.
Sözügedən qarşılaşma iyunun 28-də "Batumi Arena"da keçiriləcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.