Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Kicker.de": "Ştutqart"ın futbolçusu Antonis Aidonis klubu tərk edib. 22 yaşlı müdafiəçi "Aris" ilə anlaşıb. O, yeni komandasına azad agent kimi keçib.
“Sky Sports”: “Everton”un hücumçusu Demaray Qrey də Səudiyyə Ərəbistanı klubunun diqqətini cəlb edib. 26 yaşlı forvard “Əl-Hilal”in hədəfindədir. Ərəblər yaxın günlərdə Londonda yollanıb futbolçu üçün danışıqlara başlayacaqlar. Qreyin “Everton”la 2 illik müqaviləsi var.
Rəsmi: “Samsunspor” “Lex”in müdafiəçisi Lübomir Şatkanı heyətinə cəlb edib. Slovakiya millisinin 27 yaşlı üzvü ilə 3 illik sözləşmə imzalanıb.
Rəsmi: “Volfsburq” iki transfer həyata keçirib. Almaniya təmsilçisi "Loryan"ın müdafiəçisi Morits Yens və "Tvente"dən Vatslav Çernini heyətinə cəlb edib. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Rəsmi: “Rizəspor” 11 futbolçusu ilə vidalaşıb. Müqavilə müddəti bitən Amilton, Alper Potuk, Abdullah Yiğiter, Yannik Bolazi, Haqi Osman, Gökhan Gönül, Bahadır Öztürk, Ronaldo Mendes, Ogün Özçiçek, Emircan Altıntaş və Kerem Kalafatla sözləşmə yenilənməyib.
Röya