"Mançester Siti"dən ayrılan İlkay Gündoğanın yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin yarımmüdafiəçisi "Barselona" ilə anlaşıb.
Məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb. 33 yaşlı futbolçunun müqaviləsinin şərtləri açıqlanmayıb.
Xatırladaq ki, İlkay Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də oynayıb. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatıb. Gündoğan bu mövsüm Premyer Liqada 30 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Röya