"Barselona" bu gün İlkay Gündoğanın transferini rəsmən elan edib.
Fanat.Az-ın xəbərinə görə, Almaniya millisinin üzvü yeni klubu ilə bağlı ilk açıqlamasını verib.
33 yaşlı yarımmüdafiəçi bu barədə "Players Tribune"də yazıb: "Barselona" üçün "Mançester Siti"ni tərk etməyə hazır idim. Yeganə klubdur ki, onun üçün getməyə razı idim. Uşaqlıdan bu komandada çıxış etmək istəyirdim".
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ilin yayından “Mançester Siti”də oynayıb. 32 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti iyunun sonunda başa çatıb. Gündoğan son mövsüm Mançester klubu ilə ölkə çempionu, İngiltərə Kuboku və Çempionlar Liqasının qalibi olub.
Röya