Luka Modriçin "Real Madrid"dəki gələcəyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə müqavilə yenilənib.
Məlumatı La Liqa klubunun rəsmi saytı yayıb. Xəbərə görə, yeni sözləşmə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. 307 oyunda meydana çıxan təcrübəli futbolçu 25 qola imza atıb.
Xatırladaq ki, bir müddət öncə Xorvatiya millisinin üzvünün Səudiyyə Ərəbistanına gedəcəyi iddia olunurdu.
Röya