Fransa I Liqasında 2022-2023-cü illər mövsümünün ən yaxşı futbolçusunun kimliyi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada ötən mövsümü PSJ-də keçirən Lionel Messi layiq görülüb.
Məlumatı liqanın mətbuat xidməti yayıb.
Argentinalı ulduz başa çatan mövsümdə I Liqada 32 matçda meydana çıxıb, 16 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, PSJ ilə bu yay müqaviləsi başa çatan Messi Amerikanın "İnter Mayami" klubuna keçib.
Röya