20:47 07.05.2014 869

"XL" yüksəlir, "Neftçi" əriyir, "Qarabağ" istədiyini aldı

Topaz Premyer Liqasında XXXIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub. Üç oyuna paytaxt Bakı, bir matça Qəbələ, birinə isə Lənkəran ev sahibliyi edib.

"Qəbələ" doğma meydanda "Bakı"nı qəbul edib. Son turlar yenidən uğurlu qrafik cızan "Qəbələ" yenə qələbə qazanıb. Maliyyə böhranında çabalayan və səfər oyununda meydana çətinliklə çıxan "Bakı" 1:3 hesabı ilə yenilib. Hesabı 15-ci dəqiqədə Marat İzmayılov açıb. 12 dəqiqə sonra Müşfiq Teymurov fərqlənib. 57-ci dəqiqədə Daniel Subotiç qonaqların qapısına yol tapıb. 66-cı dəqiqədə isə Namiq Ələsgərov "Bakı"nın təsəlli qoluna imza atıb.

Üçüncü yer uğrunda mübarizə aparan "Neftçi" AZAL-ın qonağı olub. "Ağ-qaralar" zəif rəqiblə oyunda qələbə qazana bilməyib. Hətta AZAL 9 nəfərlə qalsa da, "Neftçi" qol vura bilməyib. "Təyyarəçilər"dən Kərim Diniyev 66, Murad Ağayev 85-ci dəqiqədə meydandan qovulub. Bununla da "Neftçi" üçüncü pilləni "Qəbələ"yə təhvil verib.

Bütün iddiasını itirən "Xəzər Lənkəran" elitada yerini qorumağa çalışan "Sumqayıt"ı qəbul edib. Ötən tur bu missiya üçün vuruşan "Rəvan"a aman verməyən cənub klubu gənclik şəhəri təmsilçisinə də eyni aqibəti yaşadıb. Hesabı 3-cü dəqiqədə "Sumqayıt"dan Məhəmməd Qurbanov açıb. 10 dəqiqə sonra Sadio Tounkara bərabərliyi təmin edib. 23-cü dəqiqədə Mbilla Etame fərqlənib. İlk yarının son dəqiqəsində Tounkara dublunu rəsmiləşdirib. Son nöqtəni isə 56-cı dəqiqədə Elias qoyub - 4:1.

"Bayıl Arena"da "Rəvan" "Simurq"u qəbul edib. Bu matç Güvənc Kurtarın komandası üçün son şans olacaqdı. "Rəvan" iddiasız "Simurq"a da qalib gələ bilməsə, böyük ölçüdə Premyer Liqadan əl çəkəcək, ümidini ən yaxşı halda elitanı heç bir klubun tərk etməməsinə və ya klubların sayının artırılmasına bağlayacaqdı. "Rəvan" səfər matçında istəyinə nail olub. 26-cı dəqiqədə Xuan Manuel Vareanın penalti qolu yeganə olub - 1:0. 73-cü dəqiqədə İlkin Qırtımov qırmızı vərəqə alaraq "Simurq"u azlıqda qoyub.

Tura "Qarabağ" - "İnter" oyunu ilə yekun vurulub. Hesabı 12-ci dəqiqədə Reynaldo Silva açıb. Premyer Liqanın bombardiri 69-cu dəqiqədə ikinci qolu vurub. 5 dəqiqə sonra Baçana Tsxadadze fərqi azaldıb. 85-ci dəqiqədə Reynaldo het-trikini rəsmiləşdirib. 2 dəqiqə sonra Muarem Muarem fərqlənib - 4:1. Bununla da sona 2 tur qalmış "Qarabağ" çempionluğunu rəsmiləşdirib.

Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXXIV tur

7 may
Qəbələ - Bakı 3:1
Qollar: Marat İzmaylov, 15. Müşfiq Teymurov, 27. Daniel Subotiç, 57 - Namiq Ələsgərov, 66.
Qəbələ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov (22. Lourival Assis, 65), 9. Viktor Mendi, 10. Dodo, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 82), 36. Elnur Allahverdiyev, 44. Rafael Santos, 46. Davronjon Erqaşev, 88. Müşfiq Teymurov (16. Ruslan Tağızadə, 46).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 42. Leonardo da Silva.
Baş məşqçi: Yuri Syomin.
Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauskis, 3. Yure Travner, 4. Mario Alvarez (15. Alberto Noquera, 43), 16. Juninyo, 21. Elvin Məmmədov (19. Marius Pena, 58), 22. Namiq Ələsgərov, 23. Mario Lukas Horvat (10. Aleksandar Soliç, 74), 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 6. Vadim Abdullayev, 20. Tural Qürbətov, 27. Elton Hüseynov.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Müşfiq Teymurov, 27 (qeyri-idman hərəkəti) - Mario Alvarez, 39 (qeyri-idman hərəkəti). Yure Travner, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.

Rəvan - Simurq 1:0
Qol: Xuan Manuel Varea, 26-pen.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 10. Tyaqo Mirasema (11. Kamil Nurəhmədov, 89), 14. Xuan Manuel Varea (6. Ceyhun Cavadov, 84), 16. Orxan Lalayev, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (19. Hüseyn Axundov, 86), 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 7. Elvin Həsənəliyev, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.
Baş məşqçi: Güvənc Kurtar.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov, 4. Dilavər Zrnanoviç, 5. Anderson Oliveyra (30. Raul Kostin, 35), 7. Ruslan Poladov (k) (21. Murad Səttarlı, 86), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (22. Salif Ballo, 87), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 3. Usim Nduka, 6. Taqim Novruzov, 77. Nicat Qurbanov.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Kamal Bayramov, 75 (oyunun bərpasını gecikdirdiyi üçün). Tyaqo Mirasema, 78 (simulyasiya) - Tural Axundov, 14 (bilərəkdən əl ilə oyun). Dilavər Zrnanoviç, 25 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 63 (qeyri-idman hərəkəti); 73 (qeyri-idman hərəkəti). Murad Səttarlı, 90 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: İlkin Qırtımov, 73.
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bayıl Arena”. 500 tamaşaçı.

AZAL - Neftçi 0:0
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev (8. Qərib İbrahimov, 90+2), 10. Con Oluremi (4. Aylton, 77), 15. Oskar Klava, 17. Viktor İbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç (5. Murad Ağayev, 66).
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 19. Orxan Səfiyaroğlu, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva (8. Elşən Abdullayev, 72), 5. İqor Mitreski, 9. Falvinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 55), 21. Samir Məsimov, 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Aleksandr Şemonayev, 14 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 34 (qeyri-idman hərəkəti). Kərim Diniyev, 37 (qeyri-idman hərəkəti); 58 (qeyri-idman hərəkəti) - Flavinyo, 34 (qeyri-idman hərəkəti). Mirhüseyn Seyidov, 43 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Kərim Diniyev, 58. Murad Ağayev, 86 (ciddi qayda pozuntusu).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
“AZAL Arena”. 650 tamaşaçı.

Xəzər Lənkəran - Sumqayıt 4:1
Qollar: Sadio Tounkara, 13; 45. Mbilla Etame, 23. Elias, 56 - Məhəmməd Qurbanov, 3.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 8. Deyan Blajevski (23. Nikola Qliqorov, 71), 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (55. Ağabala Ramazanov, 70), 20. Mbilla Etame, 30. Elias (11. Zohair Benouahi, 87).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 6. Rasim Ramaldanov, 12. Junior Nildo.
Məşqçi: Oğuz Çetin.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (77. Ramil Mansurov, 68), 7. Pərdis Fərcad-Azad (8. Aqşin Muxtaroğlu, 67), 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov (2. Şəhriyar Xəlilov, 46), 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Tyeqo, 83 (qeyri-idman hərəkəti). Zohair Benouahi, 90+1 (qeyri-idman hərəkəti) - Pərdis Fərcad-Azad, 48 (qeyri-idman hərəkəti). Məhəmməd Qurbanov, 83 (qeyri-idman hərəkəti). Andrey Popoviç, 83 (qeyri-idman hərəkəti). Nodar Məmmədov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. 1000 tamaşaçı.

Qarabağ - İnter 4:1
Qollar: Reynaldo Silva, 12; 69; 85. Muarem Muarem, 87 - Baçana Tsxadadze, 74.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 88), 55. Bədavi Hüseynov, 70. Çumbinyo (7. Namiq Yusifov, 80), 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 46).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (6. Samir Zərgərov, 82), 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye (9. Aleksandr İaşvili, 68), 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (30. Abbas Hüseynov, 59), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 27. Dieqo Madriqal, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Riçard Almeyda, 65 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 28 (qeyri-idman hərəkəti). Baçana Sxadadze, 70 (hakimin qərarına etiraz). Abbas Hüseynov, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mehman Mahmudov, Ramil Əhmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Tofiq Bəhramov adına Respublika stadionu. 4000 tamaşaçı.

1

Qarabağ

34

21

9

4

65-18

72

2

İnter

34

19

6

9

57-36

63

3

Qəbələ

34

17

6

11

45-35

57

4

Neftçi

34

16

8

10

46-41

56

5

Bakı

34

14

9

11

49-41

51

6

Xəzər L

34

11

12

11

40-46

45

7

Simurq

34

11

11

12

33-26

44

8

AZAL

34

6

13

15

28-45

31

9

Rəvan

34

7

10

20

19-61

22

10

Sumqayıt

34

4

10

20

25-58

22


Bombardirlər: Reynaldo (Qarabağ) - 22. Vaqif Cavadov (İnter) - 14. Daniel Subotiç (Qəbələ) - 12. Mbilla Etame (Xəzər Lənkəran) - 11. Draqan Çeran (Simurq), Baçana Tsxadadze (İnter) - 10. Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL) - 8.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X