“Sevilya” yarımmüdafiəçisi Nemanya Qudel ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, onunla müqavilənin müddəti uzadılıb.
Məlumatı İspaniya klubunun rəsmi saytı yayıb.
31 yaşlı futbolçu ilə bu ay bitən sözləşmə 3 il müddətinə artırılıb.
Qeyd edək ki, Serbiya yığmasının üzvü 2019-cu ildən formasını geyindiyi “Sevilya”da 163 oyuna 4 qol vurub.