"Basleona"da Xavi ilə müqaviləni yeniləməkdə fikir ayrılığı yaranıb.
Fanat.Az xəbər verir ki, bunu "Mundo Deportivo" yazır.
43 yaşlı mütəxəssis özü ilə yanaşı köməkçilərinin də maaşlarında artım olmasını tələb edir. Kataloniya təmsilçisinin rəhbərliyi isə hesab edir ki, baş məşqçi öz maaşını köməkçiləri ilə bölüşməlidir. Bu səbəbdən hazırda tərəflər arasında anlaşılmazlıq hökm sürur.
Qeyd edək ki, Xavi "Barselona"nın yetirməsidir. O, 1998-ci ildən 2015-ci ilə qədər Kataloniya klubunun əsas komandasında çıxış edib. 2015-ci ildə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Sədd"ə keçib və 2019-cü ilə qədər burada oynayıb. 2019-cu ildə futbolçu karyerasını başa vurub və elə ərəb klubunda məşqçi olaraq fəaliyyətə başlayıb. 2021-ci ildə isə doğma komandası "Barselona"ya baş məşqçi olaraq geri dönüb.
Röya