Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Rəsmi: Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Polesye” klubu ilə anlaşıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Onun son klubu Ukrayna “Aleksandriya”sı olub.
Rəsmi: Almaniyanın “Frayburq” klubunun heyətində bir sıra dəyişikliklər olub. Bundesliqa klubu “Zalsburq”un hücumçusu Junior Adamu heyətinə cəlb edib. Həmçinin müdafiəçisi Filipp Linhartla da müqaviləni yeniləyib. Hər iki futbolçunun sözləşməsinin şərtləri açıqlanmayıb.
“Frayburq” müdafiəçisi Kimberli Ezekvemi “Paderborn”a, yarımmüdafiəçisi Robert Vaqneri isə “Qroyter”ə icarəyə göndərib.
Rəsmi: “Əl-Rayyan” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Qətər təmsilçisi Leonardo Jardim ilə anlaşıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Rəsmi: “Tottenhem”in keçmiş hücumçusu Robbi Kin ilk dəfə baş məşqçi kimi çalışacaq. 42 yaşlı mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə anlaşıb. İrlandiyalı məşqçi ilə 2 illik sözləşmə imzalanıb.
Röya