"Yuventus" Timoti Veanın transferini həll etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, artıq turinlilər futbolçunun klubu "Lill" ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Məlumatı insayder Fabritsio Romano yayıb. Onun sözlərinə görə, futbolçu ilə şəxsi sözləşmənin şərtləri üzrə razılıq əldə olunub. Sadəcə klublar arasındakı müqavilənin detalları hazırda həll olunur.
Vea bu həftəsonu tibbi yoxlanışdan keçəcək.
Qeyd edək ki, ABŞ millisinin üzvü 2019-cu ildən "Lill"də çıxış edir. 86 oyunda meydana çıxan Vea 6 qola imza atıb.
Röya