"Qarabağ" Avstriya toplanışı çərçivəsində bu gün ilk yoxlama matçında "Ferentsvaroş"la qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, ilin əvvəlində Macarıstan çempionu ilə anlaşan sabiq "Qarabağ"lı Kvabena Ovusu görüşlə bağlı fikirlərini bölüşüb.
26 yaşlı qanalı hücumçu bu barədə klubunun rəsmi saytına danışıb: "Bu gün eyni gücdə olan iki komanda qarşılaşacaq. Hamımızın məqsədi Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqdır. Məşqlərimiz gərgin keçir. Bu da çox normaldır. Çünki yüksək səviyyəli görüşlərdə ciddi fiziki hazırlığa ehtiyacımız var. Doğru yoldayıq".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı "Leerberg Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.