Andrea Pirlonun yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis ölkəsinin "Sampdoriya" klubunu çalışdıracaq.
Məlumatı insayder Canluka Di Martsio yayıb. Onun sözlərinə görə tərəflər arasında 2 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, Pirlonun son iş yeri Türkiyənin "Fatih Karagümrük" klubu olub. O, Super Liqa klubunda 2022-ci lldən çalışırdı. "Fatih Karagümrük" onun rəhbərliyi altında son mövsümü 51 xalla 7-ci pillədə başa vurub.
Röya