UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına hakim təyinatlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ"ın Cəbəllütariq "Linkoln"una qarşı matçının da referiləri bəlli olub.
Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Vitalijs Spasjonnikovs, köməkçiləri isə Raymonds Tatriks və Arturs Sakurovs olacaq.
Dördüncü hakim funksiyasını Aleksandrs Anufrijevs yerinə yetirəcək.
Qeyd edək ki, "Linkoln" - "Qarabağ" görüşü iyulun 11-də "Viktoriya" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.