Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Rəsmi: Andrea Pirlo "Sampdoriya"nın baş məşqçisi təyin olunub. 44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Rəsmi: “Yuventus” Adrian Rabyo ilə müqaviləni yeniləyib. 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Rəsmi: “Vilyarreal” Denis Suaresi heyətinə cəlb edib. “Selta”dan gələn futbolçu ilə 3 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu 2015/2016 mövsümündə “Vilyarreal”da çıxış edib.
Rəsmi: “Ankaragücü” müdafiəçiləri Uroş Radakoviç və Stelios Kitsiu ilə sözləşməni yeniləyib. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Röya