Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada təşkil olunan III Avropa Oyunlarında 6-cı yeri tutub.
Fanat.Az xəbər verir ki, milli komandanın lideri üzgüçülük, velosiped sürmə və qaçış yarışlarında mübarizə aparıb.
36 yaşlı idmançı 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 nəfər arasında finişə 6-cı çatıb. Pevtsov yarışın qalibi norveçli Torn Vetle Berqsvikdən cəmi 8 saniyə geri qalıb.