"Mançester Yunayted" "İnter"in qapıçısı Andre Onananın transferində israrlıdır.
Fanat.Az xəbər verir ki, bunu italyalı insayder Nikolo Skira yazıb.
Onun sözlərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi İtaliya klubunun rəhbərliyinə tələb etdikləri 45-50 milyon avronu ödəməyə hazır olduqlarını bildirib. 27 yaşlı qolkiperə 5 illik sözləşmə və 6 milyon avro təklif olunur.
Qeyd edək ki, Kamerun millisinin sabiq üzvü 2022-ci ildən "İnter"də çıxış edir və 24 matçda meydana çıxıb.
Röya