"İnter" Markuz Türamın transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bunu italiyalı insayder Canluka Di Martsio yazıb.
Onun sözlərinə görə, 25 yaşlı fransalı hücumçu klubu Borussiya Münhenqladbax"dan azad agent kimi ayrılıb
O, Milanda ilinə 6-6,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Fransa millisinin üzvü 2019-cu ildən Bundesliqa klubunda çıxış edib. 111 oyunda meydana çıxan forvard 34 qola imza atıb.
Röya