"Bayern Münhen" "Tottenhem"in futbolçusu Harri Keyn üçün yenidən irəli atılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "CBS Sports"un jurnalisti Ben Ceykobs məlumat yayıb.
Daha öncə İngiltərə klubu münhenlilərin 70 milyon avroluq təklifini geri çevirmişdi və Keyni bu yay satmayacağını demişdi. Ancaq münhenlilər qiyməti artıraraq İngiltərə millisinin üzvü üçün 80 milyon funt sterlinq (93 milyon avro) ödəməyi təklif edirlər.
Qeyd edək ki, Harri Keyn başa çatan mövsümdə "Tottenhem"in heyətində bütün turnirlərdə 49 matçda meydana çıxıb. 32 qol vuran forvard 5 məhsuldar ötürmə edib. Onun klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Röya