"Liverpul" Almaniya Bundesliqasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Leyptsiq"in yarımmüdafiəçisi Dominik Soboslaidən gedir.
Məlumatı "Athletic" yayıb. Xəbərə görə, bu həftə "mersisaydlılar"ın nümayəndələri 22 yaşlı futbolçu ilə görüşəcəklər.
Ancaq "Liverpul" Almaniya klubunun tələb etdiyi 70 milyon avronu ödəmək niyyətində deyil. Tərəflər arasında görüşdən sonra məsələyə aydınlıq gələcək.
Qeyd edək ki, Avstriya millisinin üzvü "Leyptsiq"ə 2021-ci ildə "Red Bull"dan keçib. 61 oyunda meydana çıxan gənc futbolçu 12 qola imza atıb.
Röya