Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
Fanat.Az xəbər verir ki, ölkəmiz 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.
İlk “üçlük”də isə dəyişiklik olub. Sıralamaya əvvəlki kimi İtaliya (21 qızıl, 21 gümüş, 26 bürünc) başçılıq edir. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) ikinci piləyə yüksəlib, İspaniya (18 qızıl, 12 gümüş, 14 bürünc) isə üçüncü yerə düşüb.
Qeyd edək ki, III Avropa Oyunlarına iyulun 2-də yekun vurulacaq.