Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Aleksis Beka-Beka karyerasının Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "TRT Spor" yayıb.
Mənbə "Beşiktaş"ın bu yöndə hərəkətə keçdiyini və 22 yaşlı oyunçunu heyətinə qatmağı əsas hədəf saydığını vurğulayıb. Xəbərə görə, artıq tərəflər danışıqlara başlayıb və keçidin reallaşmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, "Nitsa" Beka-Bekanı ötən ilin avqustunda Moskva "Lokomotiv"indən alıb. Onun Fransa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat