PSJ-nin baş məşqçi postunu tutacağı gözlənilən ispaniyalı mütəxəssis Luis Enrike hazırda Parisdədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sports Zone" yayıb.
Xəbərə görə, Enrike Fransanın paytaxtına Paris klubunun idarəçiləri ilə görüşmək və imzalayacağı müqavilənin son detallarını razılaşdırmaq üçün gəlib. Onun məşq bazasına baş çəkəcəyi və ofisi ziyarət edəcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, 53 yaşlı Enrikenin son iş yeri İspaniya millisi olub. Son DÇ-nin 1/8 finalında "buğalar" Mərakeşə uduzmuş, (0:0, penaltilərlə 0:3) və sözügedən mütəxəssis yığma ilə vidalaşmışdı.
Nihat