“Real Madrid” rəsmi saytı vasitəsi ilə yeni kapitanın və vitse-kapitanların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu yay "Kral klubu"ndan azad agent qismində ayrılaraq "Əl-İttihad"a keçən sabiq kapitanın - Kərim Benzemanın missiyası Naço Fernandesə həvalə edilib.
Fernandes hər hansı səbəbdən meydana çıxmayacağı təqdirdə, onu əvəzləyəcək ikinci, üçüncü və dördüncü vitse-kapitanlar isə uyğun olaraq Luka Modriç, Dani Karvaxal və Toni Kroosdur.
Xatırladaq ki, “Real Madrid” geridə qalan mövsümdə La Liqanda 2-ci yeri tutub. Çempionluğu paytaxt təmsilçisinin əzəli rəqibi "Barselona" qazanıb.
Nihat