"Yuventus"un hücumçusu Duşan Vlahoviç növbəti mövsümə İspaniya nəhəngində başlaya bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Xəbərə görə, "Real Madrid" serb forvardı sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək istəyir. Məlumatda Vlahoviçin son mövsümdə ortaya qoyduğu performansdan razı qalmayan "Yuventus" rəhbərliyinin bu varianta isti yanaşdığı vurğulanıb.
Qeyd edək ki, "Real" geridə qalan mövsümdə İspaniya La Liqasında ikinci yeri tutub.
Nihat