"Zenit" "Trabzonspor"un maraq dairəsinə düşən qazax futbolçusuna - Nuralı Əlipə qiymət qoyub.
Fanat.Az xəbər verir məlumatı "MEG Football" yayıb.
Mənbə Sankt-Peterburq təmsilçisinin 23 yaşlı Nuralını 5 milyon avroya satacağını vurğulayıb. Bu məbləğin "Trabzonspor"u geri çəkilməyə vadar edəcəyi şübhə doğurmur.
Əlip 2022-ci ilin fevralından "Zenit"dədir. Həmin vaxt Qazaxıstan millisinin müdafiəçisini "Kayrat"dan icarəyə götürən Rusiya klubu ötən ilin dekabrında 2 milyon varo ödəyərək onun transfer hüquqlarına yiyələnib.
"Zenit" forması ilə 25 oyuna çıxan Nuralı iki dəfə Rusiya çempionu olmağa imkan tapıb.
Nihat