MLS təmsilçisi "İnter Mayami"nin yeni baş məşqçisi bəlli olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu postu Xerardo Martino tutub.
"İnter Mayami" bu ay Lionel Messini transfer edib. Martino "Barselona" və Argentina millisində də 36 yaşlı hücumçunun baş məşqçisi olub.
Xatırladaq ki, 60 yaşlı mütəxəssisin son iş yeri ötən ilin noyabrında ayrıldığı Meksika millisi idi.