"Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Höyberq kareyrasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, Höyberqin xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə Hotspur təmsilçisinin 27 yaşlı danimarkalı ilə vidalaşmağa hazır olduğunu, onu yaxşı pul qarşılığında satmaq variantına isti yanaşdığını vurğulayıb. "Atletiko"nun sözügedən oyunçunu izləməyə davam etdiyi, lakin indilik "Tottenhem"ə bu yöndə hər hansı müraciət ünvanlamadığı bildirilib.
Qeyd edək ki, Höyberq geridə qalan mövsümdə "Tottenhem" forması ilə ümumilikdə 44 matça çıxaraq 5 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.
Nihat