Argentinalı yarımmüdafiəçi Anxel di Mariya karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Zero Zero" funksional vəziyyətindən danışan 35 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Həyatımda heç vaxt meydanda gəzməmişəm. İndi mənim 35 yaşım var və hələ də 20 yaşımdakı kimi futbol oynamaq istəyirəm. Bədənim əvvəlki kimi reaksiya vermir, amma beynimdə hər şey qaydasındadır. Başım məni irəli itələyir, bədənim isə sərhəddədir".
Di Maria ötən mövsüm Turin "Yuventus"unda çıxış edib. DÇ-2022-nin qalibi olan yarımmüdafiəçi "qoca sinyora"nın heyətində 40 matça çıxıb, 8 qol və 7 məhsuldar ötürmə edib.
Mirağa