“Liverpul”un keçmiş hücumçusu Robbi Fauler Yaxın Şərqdə özünə iş tapıb.
Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis Səudiyyə Ərəbistanı çempionatının ikinci divizionunda çıxış edən "Əl-Qadisiya" klubunun baş məşqçisi təyin olunub.
"Robbi Fauler. "Liverpul"un və Premyer Liqanın ən məşhur oyunçularından biri. İndi o, "Əl-Qadisiya"nın baş məşqçisidir", - ərəb klubu yeni təyinatla bağlı sosial media hesabında bu şəkildə paylaşım edib.
Qeyd edək ki, Fauler bundan əvvəl "Muanqtonq Yunayted" (Tayland), "Brisben Roar" (Avstraliya) və "İst Benqal" (Hindistan) komandalarını çalışdırıb.
Fauler futbolçu olarkən “Liverpul”, “Mançester Siti”, “Lids” və digər klublarda çıxış edib. O, İngiltərə millisində 26 oyuna çıxıb və 7 qol vurub.
Mirağa