"Barselona"nın vingeri Ferran Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, "Aston Villa" futbolçunun xidmətində maraqlıdır. Kataloniyalılar Ferranı Birmingem təmsilçisinə 25 milyon avroya almaq imkanı ilə növbəti mövsüm üçün icarəyə verməyə hazırdır. Ancaq Torres "Dumanlı Albion"a keçməyə həvəsli deyil. O, karyerasını "Barselona"da davam etdirməyi düşünür.
Ferran Torres ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa