Baş məşqçi postunu Brendan Rocersə tapşıran "Seltik"in fanatları klubun seçimi ilə razılaşmır.
Fanat.Az xəbər verir ki, Qlazqo təmsilçisinin ən böyük azarkeş qrupu olan "North Curve" irlandiyalı mütəxəssisin qayıdışına sərt etiraz bildiriblər.
Fanklub sosial şəbəkə hesabında belə paylaşım edib: “Siz ölümsüzlüyü sıradan biri olmağa dəyişmisiniz. Ona görə də həmişə fırıldaqçı kimi xatırlanacaqsınız”.
Xatırladaq ki, Brendan Rocers "Seltik"də bir müddət əvvəl "Tottenhem"ə keçən Angelos Postekoğlunun yerini tutub. Qlazqo təmsilçisi onunla 3 illik müqavilə imzalayıb. Rocersin son iş yeri "Lester" olub. O, aprelin 2-də uğursuz nəticələr üzündən istefaya göndərilmişdi.
İrlandiyalı çalışdırıcı daha öncə, konkret, 2016-2019-cu illərdə də "Seltik"də işləyib və paytaxt klubuna 3 dəfə Şotlandiya çempionluğunu qazandırıb.
Mirağa