"İnter" müdafiəçi Milan Şkrinyarın gedişini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, klub məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.
Müqavilə müddəti bitən slovakiyalı oyunçu klubdan ayrılıb. O, 6 mövsüm Milan klubunda çıxış edib. Bu müddət ərzində 246 rəsmi oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Şkrinyar "İnter"lə beş kubok qazanıb: Bir A Seriyası çempionluğu, iki ölkə kuboku və iki İtaliya Superkuboku.
28 yaşlı müdafiəçi azad agent kimi PSJ-yə keçəcək. Fransa Liqa 1-in növbəti mövsümü avqustda başlayır.
Mirağa