İtaliya "İnter"inin yarımmüdafiəçisi Marselo Brozoviçin "Əl-Nəsr"ə transferi baş tutmaya bilər.
Fanat.Az xəbər verir ki, insayder Canluka di Martsio danışıqların baş tutmamaq ehtimalının yarandığını bildirib.
Buna səbəb Səudiyyə Ərəbistanı klubunun milanlılara əvvəl təklif etdiiyi məbləği azaltmasıdır. Futbolçu ilə razılaşan "Əl Nəsr" rəhbərliyi “neradzurri” üçün hazırladığı təklif paketini 8 milyon avro azaldıb. Ərəblər futbolçuya görə əvvəlcə 23 milyon avro təklif edirdisə, indi söhbət 15 milyon avrodan (13 milyon + bonuslardan) gedir. Beləliklə, danışıqlar dalana dirənib.
Marselo Brozoviç 2015-ci ilin yanvar ayının sonundan "İnter"də çıxış edir. Xorvatiyalı klubda keçirdiyi 330 matçda 31 qol vurub və 43 məhsuldar ötürmə verib.
Mirağa