"Napoli" yarımmüdafiəçi Petr Zelinskini heyətinə qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.
Polşalının neapollularla müqaviləsi 2024-cü ilin iyun ayına kimi hesablanıb. Futbolçu yeni müqavilə imzalamağı planlaşdırmır. Bu baxımdan adzurrilər futbolçunu bir ildən sonra pulsuz itirməmək üçün satmağa çalışacaqlar.
Zelinski "Napoli"nin vacib oyunçularındandır. 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 7 qol vurub, 11 məhsuldar ötürmə edib.
Mirağa