"Rubin" klubunda yeni idman direktoru təyinatı gerçəkləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kazan təmsilçisi müvafiq postda Eduard Safonovu Konstantin Dzyuba ilə əvəzləyib.
Safonov yanvarda tutduğu vəzifəni səhhəti ilə əlaqədar tərk edib. Əvvəllər Safonov Orenburqda məşqçi-məsləhətçi və Kubanda baş direktor vəzifələrində çalışıb.
40 yaşlı Dzyuba isə 2015-2018-ci illərdə "Rostov"un, 2018-2023-cü illərdə "Rubin"in icraçı direktoru olub.
Kazan klubu ötən mövsümün nəticələrinə görə Birinci Liqada 1-ci yeri tutaraq Rusiya Premyer Liqasına qayıdıb.
Mirağa