Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Çempionlar Liqasına hazırlıq çərçivəsində bu gün növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşa "Legiya"sı ilə gücünü sınayacaq.
"Kössen Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi 27 iyunda baş tutan ilk sınaq matçında Macarıstan "Ferentsvaroş"u ilə qollu bərabərliklə (3:3) kifayətlənmişdi.
Mirağa