İspaniyada güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, çempionatın növbəti günündə Azərbaycanın daha beş sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Bunlar Ceyhun Allahveriyev (61 kq), Əkbər Vəliyev (74 kq), Timur Gülməhəmmədov (86 kq), Revan Musayev (92 kq) ) və Yusif Dursunovdur (125 kq).
Həmçinin bu gün dörd güləşçimiz medallar uğrunda mübarizə aparacaq. Ruslan Abdullayev (57 kq) qızıl, Cavidan Əhmədov (70 kq) bürünc medal qazanmağa çalışacaq. Həmçinin Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) bürünc uğrunda təsəlliverici görüşlərdə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan güləşçilərinin hesabında ümumilikdə 8 (2-3-4) mükafat var.