"Liverpul" səs-küylü transfer reallaşdırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu Almaniya Bundesliqa təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Dominik Soboslai ilə anlaşıb.
Məlumatı insayder Fabritsio Romano yayıb. Xəbərə görə, "mersisaydlılar"ın nümayəndələri 22 yaşlı futbolçu və klubu ilə prinsipial razılığa gəliblər. Soboslainin keçidinin elan edilməsi an məsələsidir.
Anlaşmanın detallarına gəlincə, "Liverpul" Almaniya klubuna 70 milyon avro təzminat ödəməyə razılaşıb. Beləliklə, "Liverpul" klub tarixində üçüncü ən bahalı transferini reallaşdırmış olacaq. Soboslaini yalnız Darvin Nunyes (80) və Vircil van Deyk (84,6 milyon avro) qabaqlayır.
Qeyd edək ki, Macarıstan millisinin üzvü "Leyptsiq"ə 2021-ci ildə "Zalsburq"dan 22 milyon avroya keçərək ən bahalı macar futbolçu olub. Bu müddətdə 91 oyunda meydana çıxan gənc futbolçu 20 qola imza atıb və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa