İspaniyalı yarımmüdafiəçi Andres İnyesta Yaponiyanın elit liqasında "Vissel Kobe" forması ilə son oyununa çıxıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, 39 yaşlı ulduzun vida matçını 30 min azarkeş izləyib. İspaniya millisinin və "Barselona"nın sabiq üzvü start "11-lik"də yer alıb 56 dəqiqə meydanda olub.
Qeyd edək ki, İnyesta "Vissel Kobe"dən mövsümün ortasında ayrılmışdı. Yayılan məlumatlara görə, o, karyerasını bitirməyə hazırlaşmır.
Qeyd edək ki, Yaponiyada çempionat davam edir. Hazırda liderdən 2 xal geri qalan "Vissel Kobe" turnir cədvəlinin 3-cü pilləsindədir.
Nihat