"Tottenhem" icarə əsasında formasını geyinən Pedro Porronun transfer hüquqlarına yiyələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Hotspur təmsilçisi bu keçid üçün Portuqaliyanın "Sportinq" klubuna 40 milyon avro ödəyib. Porro ilə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, bu ilin yanvar ayının 31-dən "Tottenhem"də olan yarımmüdafiəçi geridə qalan mövsümdə 17 matça çıxaraq 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat