"Barselona"nın ulduzu Frenk de Yonq karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, "Mançester Siti" niderlandlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
"Şəhərlilər" de Yonqa görə "Barselona"ya 104 milyon avro təklif edəcək. Yarımmüdafiəçi Kataloniya klubunun satılmayacaq oyunçular siyahısında olsa da, maliyyə problemləri kataloniyalıları mövqeyini dəyişməyə məcbur edə bilər.
"Mançester Siti" Cud Bellingem və Deklan Raysın keçidi ilə bağlı uğursuzluq yaşadığı üçün Frenk de Yonqu əldə etməkdə israrlıdır.
Mirağa