"Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin David de Xeanı tənqid edib.
Fanat.Az xəbər verir ki, "The Overlap Live"a açıqlamasında belə deyib.
“Mən onu mümkün qədər tez göndərərdim. Düşünürəm ki, o, komandaya lazım deyil. De Xea “Mançester Yunayted”ə bir daha kuboklar qazanmağa kömək etməyəcək, bu, dəqiqdir. Digər oyunçuların ona dəstək verməsi sadəcə, gülüncdür. Qapını qorumaq onun işidir.
Ona əvəzedici qapıçı kimi də ehtiyac yoxdur. Özü də bunu istəməz və komandada qalmaz. Düzdür, bir neçə turda yaxşı oynadı, "ən yaxşı oyunçu" mükafatını qazandı, bəs bunun nə xeyri var? Əsas sual odur ki, komanda onunla nəyə nail olub? De Xea bu illər ərzində çoxlu səhvlər edib. Komandanı tərk edib "Real Madrid"ə keçməyə çalışdığını unutmamışıq”.
Xatırladaq ki, David de Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun müqaviləsinin müddəti artıq başa çatıb hazırda azad agentdir.
Mirağa