"Real Madrid"in futbolçusu Ferlan Mendi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Xəbərə görə, kral klubu 28 yaşlı müdafiəçinini buraxmağa razıdır. Belə ki, adı açıqlanmayan ərəb klubu Mendi üçün yüksək məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, fransalı futbolçu "Real Madrid"ə 2019-cu ildə "Lion"dan keçib. 88 oyunda forma geyinən Mendi 4 qola imza atıb. O, 2018-ci ildən dəvət aldığı Fransa millisində isə 9 matçda meydana çıxıb.
Röya